- Cəmiyyət, Manşet

Konqresin binası yaxınlığında havaya atəş açan şəxs intihar edib

Amerika paytaxtında ABŞ Konqresinin binası yaxınlığında naməlum şəxs havaya bir neçə dəfə atəş açıb, bundan sonra intihar edib.

“Report” xəbər verir ki, bu barədə Kapitoliya polisinin yaydığı məlumatda deyilir.

Yerli vaxtla 04:00-dan (Bakı vaxtı ilə 12:00) az sonra avtomobil Konqres yaxınlığındakı kəsişmədə hasara çırpılıb və yanğın başlayıb.

Avtomobildən düşən şəxs bir neçə dəfə havaya atəş açıb. Bundan sonra o, intihar edib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova