- Mədəniyyət

Konyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Mədəniyyət Günləri təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, avqustun 10-da keçirilməsi planlaşdırılan Azərbaycan Mədəniyyət Günləri musiqili proqramlar, sərgilər və digər hissələrdən ibarət olacaq. Mədəniyyət Günlərinin təşkil olunduğu bölmədə iştirakçılara və ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, müasir həyat tərzi və reallıqları barədə müfəssəl məlumatlar veriləcək.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova