- Mədəniyyət

“Kopelhaus”da Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq

Sentyabrın 27-də “Kopelhaus”da görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi “Goethe-Zentrum Baku” və “Doklad” Müstəqil Sənət Platformasının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə dahi şairin “Yeddi gözəl” əsərindən ilhamlanaraq ərsəyə gələn instalyasiyalar yer alacaq. Sərgidə yeddi pavilyonda nümayiş ediləcək instalyasiyalarının dizayneri Anar Skandar, vizula rəssamı Aqil Abdullayevdir.

Oktyabrın 3-dək açıq qalacaq sərginin kuratoru Alfons Hugdur.