- Cəmiyyət, Manşet

Koreya mətbuatı “Üç Qardaş-2021”dən yazıb

Cənubi Koreyanın informasiya agentliyi olan “Yonhab”da Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlim haqqında geniş məqalə dərc olunub.

Modern.az xəbər verir ki, məqalədə təlimin mahiyyəti və üç ölkənin bir-birini dəstəkləməsi haqqında məlumat verilib:

““Üç Qardaş-2021” olaraq təyin olunan bu təlimin məqsədi üç ölkənin xüsusi təyinatlıları arasında əməkdaşlığı inkişaf etdirmək, hərbi bilik və təcrübə mübadiləsi etməkdir. Türkiyə kimi bir türk ölkəsi olan Azərbaycan, bu ilin əvvəlindən Bakıda birgə təlimlər keçirmək üçün sıx əməkdaşlıq edir. Türkiyə keçən il Azərbaycanla Ermənistan arasındakı Qarabağ müharibəsində Azərbaycanı fəal şəkildə dəstəkləmişdi”.

Qeyd edək ki, sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.