, şkafı açdı, oradan iki hiqroskopik maska çıxardı, birini Ramberə uzadıb geyinməyi məsləhət gördü. Jurnalist soruşdu ki, maska onu nədənsə qoruyacaqmı? Tarru belə cavab verdi: “Yox, ancaq başqalarına sakitləşdirici təsir edir”.
A. Kamyu “Taun”
Künci-qəmxanədə bir surəti-divar olubam.
Füzuli, “Leyli və Məcnun”
Vasif Sadıqlı
“Elə bil qəfəsdə yaşayırıq biz”,
Spirtdi, maskadı hər tərəfimiz…
Gülyaz Əliyeva
Bircə an əlini yumayan zaman
Mikrob hücum edir dörd bir yanından.
Vasif Sadıqlı
“Səhərdən ulduzlar görünənədək”
Kanal dəyişirik tv-də, bişəkk.
Məhəmməd Mahmudov
Otura bilmirəm yanım daşlaşıb,
Əlimdən bezibdi həm yorğan-döşək.
Gülyaz Əliyeva
Nə çölü-bayırı görəsi olduq,
Baramatək qapı hörəsi olduq.
Məhəmməd Mahmudov
Yox, qapım açıqdı gələnim hanı?
Virus var, çıxmırlar bu nərdivanı.
Gülyaz Əliyeva
Əvvəllər səhərlər məktəb var idi,
Adam əlindən də küçə dar idi.
İndisə qəfəsdə yaşayırıq biz,
Spirtdi, maskadı hər tərəfimiz…
Məhəmməd Mahmudov
Əvvəl çayçı vardı, domino vardı,
Oynayan oynardı, udan udardı.
Qarının cəngində qalmışam indi,
Bir də görürsən ki, coşdu, deyindi…
Qara qanlar axır ürəyimizdən,
Allah da üzünü döndərib bizdən.
Yüz doxsan manatı çox görür dövlət,
Nə meyvə tapırıq, nə bir kilo ət.
Hara əl atırıq yoxdu xeyiri,
Bir sümük qalmışıq, bir də ki dəri.
Şölə Məmmədova
Üç saatın vaxtı tükənənədək,
Eşirik hər şeyi qarışqalar tək.
Budur virus çıxdı hasar dalından,
Lənət karantin də başladı o an.
Ona görə insan gəlmir yaxına,
Qorxur ki, bu virus yoluxar ona.
İlham Əzimzadə
Maska qorusaydı, əgər cahanı,
Xəstəlik tutmazdı bütün dünyanı.
Recardo Baku
Quşlar da qəfəsdə bizdən azaddır.
Mənim gəlirimlə “rasxod” təzaddır…
Mekan Lazım
Vaksin vuracaqlar, darıxmayın siz,
Onda bu günlərə şükr edərsiniz..
İndi QAİ, postdur hər tərəfimiz.
Elmira Cəfərqızı
“İlahi,insanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır”,
Mənası varmıdır heç maskaların,
Aç, aç qapısını sən insanların.
Nabat Abdullayeva