Min illərdir ki, kosmetik vasitələr insanların ayrılmaz bir hissəsidir. Kosmetikanın tarixi ən az 7000 ili əhatə edir və yer üzündə demək olar ki, hər cəmiyyətdə mövcuddur və əsasən dini ritualın bir forması olmuşdur. Onun tarixini əsasən Qədim misirlilər və yunanlara bağlayırlar.
Arxeoloji araşdırmalara görə Qədim misirlilər hind yağı, bal mumu, zeytun yağı və qızıl gül suyundan hazırlanmış vasitələrdən balzam və krem kimi istifadə etmişlər. Yara və çapıqlar üçün xüsusi məlhəm, qırmızı oxra sürmə və çinar ağacı suyundan istifadə edilib.
Kosmetikadan Romada da istifadə edilib. Romalılar dərilərini ağartmaq, gözlərinə sürmə çəkmək üçün qurğuşun tərkibli maddələrdən istifadə etmişlər.
Bundan əlavə farslar göz qapaqlarını boyamaq üçün qara kirşan deyilən sürmədən, çinlilər dırnaq boyamaq üçün bal mumu, jelatin, yumurta ağı, afrikalılar ağzı təravətləndirmək üçün isə biyan kökündən istifadə etmişlər.
portal.azertag.az