“Danışıqlarda Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasından bütün qoşunların Ukraynadan, xüsusən Krımdan və Donbasdan çıxarılmasını tələb edib”.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.
“Şərtlərimiz bəllidir. Konkret indi deyə bilmərik, ancaq söhbət atəşkəs və rus qoşunlarının bütün Ukraynadan, xüsusən də Donbas və Krımdan çıxarılmasından gedir. Onsuz da hamını çıxaracağıq, ona görə də könüllü getmək daha yaxşıdır”, – Arestoviç bildirib.
teleqraf.com