- Cəmiyyət, Manşet

Krımda güclü partlayış olub, Kerç körpüsündə nəqliyyatın hərəkəti dayanıb

Avqustun 2-də Krım yarımadasında güclü partlayış baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, partlayışla əlaqədar Kerç körpüsündə nəqliyyatın hərəkəti dayanıb.

Ərazidə hava hücumundan müdafiə sistemləri işə düşüb.

Hadisənin təfərrüatları məlum deyil.

Qeyd edək ki, əvvəllər də Krımda partlayışlar qeydə alınıb.