- Cəmiyyət, Manşet

Krımdan ilk könüllülər Donbasa gəlib

Rusiya-Donbas Komitəsinin koordinatoru Kozenko Krımdan Donbasa könüllülərin gəldiyini açıqlayıb.
kamilinfo RİA Novosti-yə istinadən bildirir ki, bu barədə “Rusiya – Donbas” inteqrasiya komitəsinin koordinatoru, Dumanın sabiq deputatı Andrey Kozenko bildirib.
Onun sözlərinə görə, “krımlılar Donetsk və Luqansk Xalq Respublikalarının sakinlərinə yardım edəcək”.
Krımlılar qrupuna “Rusiya- Donbas” koordinatorunun özü və Qara dəniz kazak ordusunun atamanı Anton Sirotkin rəhbərlik edir.