- Cəmiyyət, Manşet

Krımın Sevastapol şəhərində Ukrayna bayrağı ucaldılıb

Krım yarımadasının Sevastapol şəhərində Ukrayna bayrağı ucaldılıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə görüntülər yerli mediada yayılıb.

Bildirilib ki, bayraq Naximov meydanındakı tikililərin birində asılıb.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.