Azərbaycan Dövlət Kukla Teatrı Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Məlikməmməd” tamaşası ilə çıxış edib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, xalq nağılı əsasında yeni tərtibat və kukla texnikasında hazırlanan səhnə əsərində canlı planda oyun ilə kiçik ölçülü kuklaların vəhdəti göstərilib.
Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada rolları Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov, İqbal Əliyev, Səbinə Məmmədova və digər aktyorlar ifa edib. Qəhrəmanlıq, cəsarət və dürüstlük aşılayan səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.