- Cəmiyyət, Manşet

Küləkli hava bağlı sarı və narıncı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti fevralın 7-8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən verilən məlumata görə, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Ağdam, Salyan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Ağcabədi, Cəlilabad, Mingəçevir, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Göygöl, Goranboy, Naftalan, Samux, Zərdab, İmişli, Füzuli, Beyləqan, Bərdə, Yevlax, Tərtər, Qax, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qusar, Xaçmazda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Xızı, Neftçala, Qobustan, Hacıqabulda isə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.