Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna Donbasda heç bir hücum əməliyyatı hazırlamır.
Bu barədə o, Twitter-də yazıb.
“Ukraynanın iddia edilən hücum əməliyyatları və ya kimya sənayesində hər hansı təxribat barədə Rusiya təbliğatının xəbərlərini qəti şəkildə təkzib edirik. Ukrayna Donbasda belə hərəkətlər həyata keçirmir və planlaşdırmır. Biz məsələnin müstəsna diplomatik həllinə tam sadiqik. – deyə Kuleba bildirib.
Bundan əvvəl işğalçılar Ukraynanı “Qorlivkadakı zavodda ammonyak saxlanan çənləri partlatmaq cəhdində” ittiham etmişdilər.