Oktyabrın 12-də “Yaban Bulvar” restoranında qarşıdakı çempionatlarda iştirak edəcək Azərbaycan Milli Kulinariya komandasının təqdimatı keçirilib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin qərarı ilə xaricdə keçirilən beynəlxalq yarışlarda kulinariya komandasını “Yaban Bulvar” restoranı təmsil edəcək.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, dekabrda Türkiyədə 40-a yaxın ölkənin iştirakı ilə beynəlxalq kulinariya çempionatı keçiriləcək. Azərbaycanı bu yarışda 10 nəfərdən ibarət komanda təmsil edəcək. Heyətə Azərbaycan Milli Kulinariya komandasının üzvləri daxildir.
Tədbirdə kulinarlarımızın uğurlarından danışılıb və qarşıdakı yarışlar barədə geniş məlumat verilib. (azertag)