Rusiyanın Kursk vilayətində keçirilən əməliyyat zamanı Ukrayna hərbçiləri 2000-ə yaxın rusiyalı əsgəri əsir götürüb.
“Report” xəbər verir ki, bu barədə “The Independent” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Adı açıqlanmayan ukraynalı polkovnikin sözlərinə görə, 2000-ə yaxın rusiyalı əsgər əsir götürülüb.
“Bu, dəqiq məlumat deyil, lakin foto və videolar Kursk vilayətində çoxlu sayda rusiyalının əsir götürüldüyünü göstərir”, – nəşr bildirib.
Qeyd olunub ki, Ukrayna hərbçiləri rusiyalı əsgərləri mülki şəxslərlə dəyişməyi planlaşdırır.