Rusiyanın Kursk şəhərinin dəmir yolu vağzalının binasının damına dron çırpılıb, bir neçə nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt teleqram kanalında bildirib.
“İlkin məlumata görə, o (dron – red.), vağzal binasının damına çırpılıb, bundan sonra damda yanğın başlayıb. Beş nəfər şüşə qəlpələrindən yüngül yaralanıb”, – region başçısı yazıb.
Qubernator bu olayda Ukraynanı günahlandırsa da, rəsmi Kiyev bununla bağlı açıqlama yaymayıb.
Xatırladaq ki, daha öncə Moskvanın iki hava limanı pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən uçuş-enişi dayandırıb.