- Cəmiyyət, Manşet

Lənkəran rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət edilib

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Məhərrəm ayı çərçivəsində doğum günü olan Vətən Müharibəsi şəhidlərinin ailələrinin ziyarətinə başlanılıb.

Layihə çərçivəsində Lənkəran rayonunda bir neçə şəhid ailəsi ilə görüşlər keçirilib və müxtəlif hədiyyələr təqdim edilib. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub. Keçirilən görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev iştirak edib.