- Cəmiyyət

Latviya Ukraynaya 500-dən çox dron göndərib

Latviya hakimiyyəti Kiyevə 500-dən çox pilotsuz uçuş aparatları göndərib.

“Report” xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Adris Spruds məlumat verib.

Aprel və may aylarında Latviya artıq Kiyevə təxminən 1 milyon avro dəyərində 135 dron göndərib.

Ümumilikdə, Baltikyanı ölkənin rəhbərliyi iyulun əvvəlində Ukraynaya Latviya müəssisələri tərəfindən istehsal olunan, təxminən 4 milyon avro dəyərində müxtəlif tipli 2,5 mindən çox dron tədarük etməyi vəd edib.