- Mədəniyyət

Latviyada Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açılıb

Aprelin 5-də Latviya İncəsənət Akademiyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin Latviya İncəsənət Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Sərgidə dünyanın müxtəlif muzeylərində saxlanılan əlyazma kitablardan ümumilikdə 24 miniatür nümayiş etdirilib.

Tədbirdə Latviya İncəsənət Akademiyasının rektoru, professor Kristaps Zarinş və Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov çıxış ediblər.