Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması üçün “Fulya” sənədli filmi ilə gördüyümüz işlərdən məmnunuq.
Bu fikirləri “Fulya” sənədli filminin prodüseri Levent Cengizhan deyib.
Azərbaycan xalqına səmimi salamlarını çatdıraraq işğaldan azad olunan ərazilərin real görüntülərini ekranlaşdırmağın əhəmiyyətindən danışan Levent Cengizhan çəkiliş zamanı Ağdam, Bərdə, Tərtər və başqa yerlərdə gördükləri dağıntıların acılı olduğunu söyləyib.
Xatırladaq ki, oktyabrın 9-da Ankara şəhərində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və filmin baş qəhrəmanı Fulya Öztürkün iştirakı ilə “Fulya” sənədli filminin təqdimatı keçirilib. Filmin təqdimatının Bakıda da keçirilməsi nəzərdə tutulur. (azertag)