Oktyabrın 13-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Məhəmməd Füzulinin 530 illiyi münasibətilə “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində rolları Əməkdar artistlər Mehriban Abdullayeva, Nofəl Vəliyev, Elnur Hüseynov, Qəmər Məmmədova, Rasim Cəfər, aktyorlar Bəhram Əliheydər, Səbinə Məmmədzadə, Nuriyyə Əliyeva və başqaları ifa edəcək.
Dramatik janrda hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.
Tamaşa klassik geyimləri, musiqi dramaturgiyası və gözəl dekorasiyası və quruluşu, eyni zamanda, maraqlı, dinamik və plastik aktyor oyunları ilə diqqəti cəlb edir.