- Dil

“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub

Dövlət Tərcümə Mərkəzi dilçilik elminin görkəmli nümayəndəsi, tanınmış danimarkalı linqvist Lui Yelmslevin 125 illiyinə töhfə olaraq müəllifin Azərbaycan dilinə tərcümə edilmiş “Linqvistik nəzəriyyənin əsasları” kitabını nəşr edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, linqvistikanın müxtəlif sahələri “Dilin öyrənilməsi və dil nəzəriyyəsi”, “Linqvistik nəzəriyyə və empirizm”, “Təriflər sistemi”, “Təhlilin prinsipləri”, “İşarələr və fiqurlar”, “İfadə və məzmun”, “Sinkretizm”, “Kataliz” kimi fəsillər üzrə tədqiq edilən kitab görkəmli Azərbaycan alimi, akademik Nizami Cəfərovun Lui Yelumslev elmi yaradıcılığı haqqında qələmə aldığı “Linqvistik nəzəriyyənin əsasları və ya struktur dilçiliyin qlossematik hüdudları” adlı “Ön söz”lə açılır.

Diçilik elminin tədrisi və tədqiqi sahəsinin mütəxəssisləri, eləcə də geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulan kitabın Azərbaycan dilinə tərcümə müəllifi – akademik Nizami Cəfərov, elmi redaktoru – Mərkəzin Elmi ədəbiyyat və lüğətçilik şöbəsinin müdiri Bəhlul Abbasovdur.

Kitabı yaxın günlərdə satış köşklərindən əldə etmək olar.