- Cəmiyyət

“Liverpul” ilk dəfə ardıcıl 8 səfər oyununda qələbə qazanıb

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Portuqaliyada “Benfika”nı 3:1 hesabı ilə məğlub edən İngiltərənin “Liverpul” klubu yeni nailiyyətə imza atıb.

“Report” “Opta Joe” nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 8 səfər matçında qalib gəlib.

Komandanın növbəti səfər görüşü İngiltərə Premyer Liqasının XXXII turunda “Mançester Siti”yə qarşı olacaq.

Qeyd edək ki, “Liverpul” və “Benfika” komandaları arasında cavab qarşılaşması aprelin 13-də “Enfild” stadionunda keçiriləcək.