- Cəmiyyət

Lukaşenko Ukraynanın Belarus ərazisindən atəşə tutulduğunu etiraf edib

“Rusiya Belarus ərazisindən Ukraynaya atəş açıb”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib.

“Münaqişə başlayandan Belarusun cənubundan 2-3 raket zərbəsi endirilib, çünki Kiyev sərhədə yaxın 3-4 raket batalyonu yerləşdirib”, – Belarus lideri qeyd edib.

O, Ukrayna şəhərlərini atəşə tutan rus diversiyaçılarına kömək etdiyini də etiraf edib.

Lukaşenko, həmçinin iddia edir ki, heç kim Kiyevi bombalamayıb.