Nazirlə Kabineti “Görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında” qərar verib.
Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütfi Zadənin adı veriləcək.
Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin etməlidir.