- Manşet, Mədəniyyət

Lütfiyar İmanovun xatirəsi anılacaq

Üzeyir Hacıbəylinin məşhur “Koroğlu” operası növbəti dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, aprelin 1-də nümayiş olunacaq səhnə əsəri Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 95 illiyi münasibətilə göstəriləcək.

Operada əsas rolları Xalq artistləri Samir Cəfərov, Əkrəm Poladov, Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasıyev, teatrımızın solistləri Mahir Tağızadə, Fəhmin Əhmədli, Taleh Yahyayev, Aytən Məhərrəmova, Nəzər Bəylərov, Emin İsmayilov və digərləri canlandıracaqlar.