- Cəmiyyət, Manşet

“LXR” yaraqlıları bütün Luqansk vilayətini öz əraziləri adlandırıb və Ukraynanı hədələyiblər

“LXR” terror təşkilatı bəyan edib ki, Ukraynanın bütün Luqansk vilayətini öz ərazisi hesab edir. Yaraqlılar Ukraynadan qoşunlarını könüllü olaraq çıxarmasını tələb edirlər.

Bu barədə “RİA Novosti” qondarma “LXR parlamentinin vitse-spikeri” Dmitri Xoroşilova istinadən xəbər verir.

“Respublikalarımızın qanunvericiliyi çərçivəsində dövlət sərhədi haqqında qanunlar var ki, orada Luqansk Xalq Respublikasının ərazisi keçmiş Luqansk vilayətinin ərazisidir… Bizim Ukrayna qoşunları tərəfindən işğal olunmuş ərazimiz var. Düşünürəm ki, biz Ukraynanı öz qoşunlarını könüllü olaraq çıxarmağa çağırmalıyıq”, – yaraqlıların nümayəndəsi bildirib.

Üstəlik, Putinin tanıdığı “LXR” terrorçuları Ukraynanı açıq şəkildə hədələyiblər. Xoroşilov bildirib ki, qoşunlar çıxarılmasa,  “Luqansk Xalq Respublikasının bütün ərazisində sülhün bərqərar olmasına və bizim (döyüşçülərin – UNİAN) ərazi bütövlüyümüzün bərpasına imkan verəcək” qərar veriləcək.

kamilinfo.net