- Cəmiyyət

Məhəmməd Brüsseldə ən geniş yayılmış addır

Belçika paytaxtında 2021-ci ildə ən geniş yayılmış ad Məhəmməd olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Statbel” statistika agentliyinin məlumatında deyilir.

Bildirilir ki, Brüsseldə 13 595 nəfər bu adın daşıyıcısıdır. İkinci ən məşhur kişi adı olan Janın daşıyıcılarının sayı 6 089 nəfərdir.

Ümumilikdə, Belçikada ən geniş yayılmış ad Jakdır. İkinci və üçüncü yerləri Mark və Patrik adları tutur. Məhəmməd adı isə bu siyahıda 9-cu yerdə qərarlaşıb.