- Manşet, Xəbərlər

Məhəmməd Salah Misir millisinin Olimpiada üçün heyətinə salınıb

“Liverpul”un hücumçusu Məhəmməd Salah Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Misir millisinin Olimpiada üçün açıqlanacaq heyətinə cəlb olunub.

Məşqçilər korpusu 29 yaşlı kapitanın Tokio-2020-də olimpiya millisinin heyətində yer almasını qərara alıb. O, Misir yığmasının yaşı 23-dən yuxarı olan 3 oyunçusundan biri olacaq.

Qeyd edək ki, Olimpiadada futbol oyunları 23 iyul – 8 avqust aralığında keçiriləcək. Misir yığması C qrupunda İspaniya, Argentina və Avstraliya ilə qarşılaşacaq.