- Köşə

Mən susdum

Gülyaz ƏLİYEVA

Susmaq bəzən ucalıq, bəzən nəzakətdir,

Xüsusilə də sevdiklərini incitməkdən qorxursansa,
Susmaq o zaman əbədi zəriflikdir.

Susmaq da danışmaq qədər önəmli olur bəzən. (Nuri Pakdil)

Danışmaq yaxşıdır, susmaq daha yaxşıdır. İfrata varanda ikisi də pisdir. (Jan de Lafonten)

Susmaq, insanı ələ verməyən sadiq bir dostdur. (Konfutsi)

Ya susmaq, ya da susqunluqdan daha qiymətli bir söz söyləmək gərəkdir.

Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. (Gete)

Gözəldir qarşılıqlı susmaq. Daha gözəli də gülüşmək. (Nitsşe)

Əgər sussan, danışığın daha işıqlı olar. Çünki sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir. (Şəms Təbrizi)

Əgər soruşsanız ki, “Səssizlik nədir?”, cavab verərik: “O böyük Ruhun səsidir”. Yenə soruşsanız: “Səssizliyin meyvələri nələrdir?”, cavab verərik: ‘Özünü idarə edə bilmək, gerçək cəsarət olan mətanət, səbr, təmkin və sayğı».

Susmaq, xasiyyətlərin ən gözəlidir. (Hz. Məhəmməd)

Bəzən susmaq, söylənilən bir çox sözdən daha çoxunu ifadə edər. (Monteskyö)

İnsanlar necə danışmaq lazım olduğu barədə dərs alarlar, amma ən böyük elm, necə və nə zaman susmaq gərəkdiyini bilməkdir. (Lev Tolstoy)

Dayan, dinlə. Durmadan danışsan, heç bir şey eşidə bilməzsən. (Hindu atalar sözü)

Sənə səssiz qalmaq qabiliyyəti bəxş edilib, Vatson. Bu, səni çox dəyərli bir dosta çevirir. (Şerlok Holms)

Bir insan söylədiyi şeylərdən çox söyləmədikləri ilə də insanlaşar. (Alber Kamyu)

Uşaqlarınıza dillərinə hakim olmağı öyrədin, danışmağı necə olsa öyrənəcək. (Benjamin Franklin )

İnsanlar susaraq da danışa bilərlər. Bəzən bu daha təsirli olur… Sükutun dilini də hər adam başa düşmür Onu dinləməyi bacarmır. Alışmışıq hər qabağımıza çıxan uyğun olmayan sözlərlə danışmağa. Susaraq dinləmək gərək həyatı, təbiəti, özümüzü. Susmaq çarəsizlik deyil, gözəl olanı tapmaq və lazım olduğu zaman söyləməkdir.

Danışmağı, fikir bəyan etməyi çox sevərik. Düşüncələrimizdə haqlı çıxmağı da …. Seçmədiyimiz tək mövzu susmaqdır. Susmalı olduğu yeri və zamanı yaxşı biləsən gərək amma. Susmağın əsl gözəlliyi, mənası bundadır. Susmaq… Yetkinliyin göstəricisi, böyüklüyün əzəməti, sevginin dilidir. Susmaq bəzən özünlə danışmağı öyrənməkdir, Sükutun lal dili bəzən çox mətləbləri adama ahəstəcə çatdırır, fikri uzaqlara aparır , adamı özünə qaytarır… Mən susdum!…