Mədəniyyət Nazirliyi hər kəsi Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb.
Bu barədə “Report”a nazirlikdən məlumat verilib.
Bildirilib ki, hazırda Ağdam İşğal və Zəfər muzeyləri kompleksinə daxil olan muzeylər ilə bağlı məzmunun hazırlanması istiqamətində işlərə başlanılıb: “Ağdama aid maddi-mədəniyyət nümunələri, əşyalar, şəkillər, videolar və digər materiallara sahib, həmçinin Ağdamla bağlı xatirələri olan vətəndaşlarımız Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılmasında iştirak edə bilər. Bununla bağlı 22 aprel 2022-ci il tarixindən başlayaraq aşağıda qeyd edilən əlaqələndirici şəxsə bu barədə məlumat verilməsi xahiş olunur”.