- Cəmiyyət, Manşet

Məhsəti ŞƏRİF: “Xalqımız həm qalib, həm də demokratik olkənin vətəndasları olsun”

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) 2021-ci ildən etibarən xaricdə yaşayan soydaşlarımızla da əlaqələr qurur, Kanada, Hollandiya, İsveç, Latviya, Macarıstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızın ana dilindən istifadə, onun tədrisi və təşviqi istiqamətində imkanlarını öyrənir, prolemlərinin həllinə çalışır. Bu, FADMM-in bütün dünya azərbaycanlılarını vahid ədəbi dil, leksika, qrammatika, orfoqrafiya… ətrafında birləşdirmək səylərinin bir hissəsidir. Kamilinfo.net Dünya Azərbaycanlılarnın Həmrəylik Günü və Yeni il öncəsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın ürək sözlərini dəyərəli oxucuları ilə bölüşməyi özünə borc bilir.

“İstanbul Şəhid Mübariz İbrahimov adına Azərbaycan okulu”nun direktoru Məhsəti Şərif Özyürək:

“Azərbaycanda və dünyada yaşayan soydaşlarımızı Dunya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il munasibəti ilə təbrik edirəm. Yeni ildə ən önəmlisi sağlıq arzu edirəm. Dünyanı bürüyən covid 19 bəlasından qurtaraq. Bu Yeni il digərlərindən fərqlidir, cünkü biz bir ildir, düsmən tapdağindan azad olmuş Qarabağın azadlığını dadırıq. Arzu edirəm ki, Yeni ildə artıq itkilərimiz olmasin. Əsgərlərimiz sağ- salamat xidmətlərin basa vurub evlərinə dönsünlər. İsğaldan azad olunmus torpaqlarımız minalardan təmizlənsin, bərpa isləri tamamlansin. İnsanlarin sosial rifahi yüksəlsin. Xalqımız həm qalib, həm də demokratik, sosial cətinliyi olmayan olkənin vətəndasları olsun. Hər kəsə qardas Turkiyədən sevgilərimi göndərirəm”.