- Manşet, Müsahibə

Məhsəti Şəriflə atüstü söhbət və ya mövzu yenə ana dilidir….

“Uşaqlar məktəbə getmir, bir az böyük yaşda olanlar çalışır, kiçiklər isə evdə qalır. Məktəb də buradakı azərbaycanlı uşaqların oxumasını təmin etmək üçün yaradılıb…”

Mən onu çoxdan tanıyıram. Eyni yerin adamları, eyni dərdin daşıyıcıları olub, eyni acı taleyi yaşasaq da, əyilməyən, heç kəsə deyil də, özünə, öz gücünə arxalanan, çətin sınaqlardan alnıaçıq çıxmağı bacaran biri kimi tanımışam onu. Ağdamdan çıxdıqdan sonra Buzovnada çətin, məşəqqətli günlər yaşamışıq…. Mən Ağdamdan çıxanda artıq atamı itirmişdim, o isə atasını Buzovnada ikən itirdi… Onda hələ tələbə idi. Böyük övlad kimi ailənin bütün çətinliklərini anası ilə birgə zərif çiyinlərinə almalı oldu. Əyilmədi, sınmadı, çətinliklərdə sınandı, oddan-alovdan keçdi, bərkidi, mətinləşdi, mərdanəliyi ilə yaşıdlarından fərqləndi. Onun haqqında çox söz deyə, çox hadisələr, çox xatirələr danışa bilərəm. Amma məqsədim onun haqqında danışmaq deyil, başqadır…
“Kamiinfo”nun bugünkü müsahibi – “İstanbul Şəhid Mübariz İbrahimov adına Azərbaycan okulu”nun direktoru Məhsəti Şərif Özyürəkdir.

– Salam, necəsiniz?

– Yaxşıyam, çox sağ olun, əzizim, Siz necəsiniz? .

– Sağ olun.
Özünüzü bir neçə kəlmə ilə təqdim edə bilərsiniz?

– Mən – Məhsəti Şərif, 25 il jurnalistlik fəaliyyətim var. Televiziya  və müxtəlif mətbuat orqanlarında çalışmisam. Türkiyə vətəndaşı ilə ailə qurduqdan sonra burda -Türkiyədə yaşayıram.

– Türkiyədə Azərbaycan dili
ndən istifadə ilə bağlı məlumat verə birərsinizmi?Çətinlikləriniz nədədir?

– Burda yaşayan azərbaycanlılarmi,  yoxsa, məktəbimizdə oxuyan uşaqlar? Bunlar fərqlidir. Burda yaşayan azərbaycanlılar türk dilində danışır. Çünkü rəsmi dil var. Öz aralarında Azərbaycan türkcəsində danışırlar, təbii ki. Amma cəmiyyətdə və iş yerlərində türk dilində.

– Bilirəm ki, İstanbulda Azərbaycan məktəbinin direktorusuz. Məktəbin yaranmasına səbəb nə oldu?
Ana dilindən hansı dairədə istifadə olunur?

– Məktəbin yaranma səbəbi burda yaşayan və məktəbə getməyən azərbaycanlı uşaqlar olub. Onlar məktəbə getmir, bir az böyük yaşda olanlar çalışır, kiçiklər isə evdə qalır. Məktəb buradakı azərbaycanlı uşaqların ana dilində  oxumasını təmin etmək üçün yaradılıb.

– Dərslər yalnız Azərbaycan dilindədir?

–  Azərbaycan, türk və rus dilində tədris olunur. Bütün fənləri tədris edirik.

– Orda yaşayan azərbaycanlıların çətinliyi əsasən nədədir? Dərslik probleminiz var?

– Çətinliyiniz maddidir. Sosial layihə olduğu üçün bizə iş adamları, durumu yaxşı olan digər insanlar maddi cəhətdən dəstək olmalıdırlar. Məktəbin ofis kirayəsi, servis pulu və s. Bu yöndə dəstəyimiz azdır.
Dərslik problemimiz yoxdur – Bakıdan Diaspora Komitəsi göndərir.

– Azərbaycanda hansısa bir məktəblə əlaqələriniz varmı?

– Məktəbimiz Mübariz İbrahimovun adını daşıyır. Azərbaycanda 38 nömrəli Ağdam tam orta  məktəbi ilə yeni yaranmış əlaqələrimiz var. Həmin məktəbin 11-ci sinif şagirdi Fariz Həmidov Mübariz İbrahimovun portretini çəkib məktəbinizə hədiyyə göndərmişdi. Bu işdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülyaz Əliyevanın dəstəyi var.Yeri gəlmişkən, buna görə Sizə təşəkkür edirəm. Biz onu sevə-sevə məktəbimizin dəhlizində ən görkəmli yerdən asmışıq.

–  Çox sağ olun.
Niyə  məktəbə məhz Mübariz  İbrahimovun adını seçdiniz?

– Şəhid Mübariz İbrahimov Türkiyədə kifayət qədər tanınır. Onun adı burada dillərdə dastandır. Biz də onun timsalında bütün şəhidlərimizin adını yaşatmaq istədik.

– Orada doğulan uşaqların doğma ana dillərini öyrənməyə həvəsləri varmı?

– Tədris ana dilindədir. Onlar seçim etmirlər. Çünkü elə ana dilində danısırlar. Bu həvəslə bağlı deyil, qaydadir.

– Ana dilinin tədrisində ən çox çətinlik nədədir?
Kadr çatışmazlığı var?

– Çətinliyiniz yoxdur. Bəzən kadr problemimiz olur. Əslində kadr var. Sadəcə, maliyyə az olduğu üçün az kadrla calişiriq. Pandemiyaya görə şagird sayımız azaldı. Artıq məktəb bagldiir. Əslində indi şagird sayını demək düz olmaz. Sentyabrdan bəlli olacaq.

– Məktəbə əhatədəki azərbaycanlı uşaqların hamısın cəlb edə bilmisinizmi?

– Yox, əlbəttə.

– Sizin məktəbə gələnlər hansı uşaqlardır? 
Türk məktəblərində oxuma imkanı olmayanlar?

– Bəli. Amma bunu tam elə də demək olmaz. Bəziləri türk məktəbinə getməklə yanaşı bizə də gəlir. Yəni, azərbaycanca da təhsil  almaq istəyirlər.

– Orada yaşayan azərbaycanlılar öz dillərin unutmayıb, yəqin ki?

– Yox, əsla. Məndən hiss edərsiniz (gülür)

– Siz başqa.
Vətəninə çox bağlı biri kimi bunu Sizdən heç gözləmirik..

– Vətənlə problemi olan yoxdur burada. Maddi problemi olanlar var. Vətəndən gəlib burda işləyirlər. Çörək arxasınca gələnlər.
Dəyişənlər var. Onlar sıravi insanlar deyil. Burdakı iş adamlarıdir. Elələri var ki, bu gün Türkiyəyə gedib, sabah gələndə:”nasılsın?” deyirlər (gülür).

–  Türkiyədə azərbaycanca televiziya, radio verilişləri varmı?

– Azərbaycan dilində televiziya verilişi var. Yarı türk, yarı azərbaycanca olur. “Bengü TV”də olmalıdır.

– Kitab mağazaları və kitabxanalarda azərbaycancaca kitablar necə, olurmu?

– Kitabxanalarda Azərbaycan dilində kitablar olur. Əsas kitab satış evlərinin və yayın evlərinin o kitabı satışa verməsidir və o kitablara tələbdir.

Bir sual da verim: Orada necədir, reklam və obyekt adları türkcədir, ya ingiliscə?

– Ərəbcə (gülür). Burda əsasən, türkcədir, türk dilində yazılır. Amma bəzi səmtlər var ki, orda dükanların, restoranların adları ərəbcə yazılır.
Bu da Türkiyədə suriyalı qaçqınların çox olması ilə, ərəb turistlərin coxluğu ilə bağlıdır.

– Bakıda ingilis qaçqınlar yoxdur, amma əsasən, ingiliscədir.

– Burada ingiliscə də var. Ümumiyyətlə, Türkiyədə bu məsələ üzərində müzakirə getmir. Məkan sahibinin seçimidir.

– Niyə ki, arada R. Ərdoğan
bu məsələ ilə bağlı – reklam və obyekt adları türkcə yazılsın deyə Yüksək Məşvərət Məclisində müşavirə keçirdi.

– Bələdiyyələrə görə dəyisir.

– Bizdə “abrazavonski” görünsün deyə iş adamları hamısı ingiliscə yazdırır.

– Əslində ingilis dili beynəlxalq dildir. O üzdən meqapolislərdə ingilis dilində yazı normal qarşılanmalıdır. Yəni müzakirə mövzusu olmamalıdır. Təbii hər yerdə  ingilis dilində yazılsın, demirəm, turistlərin gəzdiyi yerlərdə mütləq olmalıdır.

– Öz vətənində ana dilin turistlərin ayağa vermək düzgün deyil, o zaman ən azından iki dildə yazılması normal sayıla bilər və bu, qanunla da belədir.

– Ana dili tədris edilən ölkədə, əlbəttə, dili ayağa vermək olmaz. Bu məsələlər icra hakimiyyətləri, bələdiyyələr tərəfindən qanun əsasında tənzimlənir.

-Turisti düşünəndə öz vətəndaşın da düşünsələr, yaxşı olar.

– Bu məsələdə patriotluq olmaz (gülür). Turist hər zaman önəmlidir meqapolislərdə.Turistlərin hamısı yanında tərcüməçi gəzidirə bilməz.

– Dil də vətən qədər önəmlidir, məncə.

– Demirəm ki, hər yerdə ingiliscə yazılsın (gülür). Bu zatən olmaz… Sizin ana dili patriotu olduğunuzu yaxşı bilirəm…

– Çox sağ olun, həm də müsahibəyə razılq verdiyiniz üçün.Sizə İstanbul Şəhid Mübariz İbrahimov adına Azərbaycan məktəbində işlərinizdə, ana dilimizin orada öyrədilməsi, Azərbaycanımızın təbliğ edilməsi işində uğurlar arzulayıram. 

Gülyaz ƏLİYEVA