Azətrbaycanda pandemiya şəraitində yeni tədris ilində təhsilin təşkili ilə bağlı qaydalar hazırlanıb.
“Report” xəbər verir ki, tədrisin təşkili qaydası sentyabrın 7-də ictimaiyyətə təqdim olunacaq.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sabah – sentyabrın 7-də nazir Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.