- Mədəniyyət

“Mənalı naxış” – Xalça Muzeyində növbəti ustad dərsi belə adlanır

Oktyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “Mənalı naxış” adlı ustad dərsi keçiriləcək.

Xalça Muzeyindən bildirilib ki, rəssam Çingiz Babayevin iştirakı ilə reallaşacaq dərslərdə hər bir xalça ornamentinin yaranma prosesi, onun hansı məna daşımasının sirləri haqqında məlumat veriləcək. Dərslər “Xalça sənəti – mənaların təkamülü” sərgisi çərçivəsində təşkil olunacaq. Rəssam həm də müəllifi olduğu naxışı hazırlamağa kömək edəcək.

Ustad dərsləri bir neçə texnikalarda və müxtəlif yaş qrupları üçün təşkil olunur. (azertag)