“Mənim müəllimim – səkkizayaqlı ilbiz” sənədli filmi ABŞ kino akademiyasının “Ən yaxşı sənədli tammetrajlı film” kateqoriyası üzrə “Oskar” mükafatına layiq görülüb.
Bu barədə ABC telekanalı bildirib.
Pipp Erlix və Ceyms Rid tərəfindən yaradılan film baş qəhrəmanının Cənubi Afrikanın sahillərində vəhşi səkkizayaqlı ilbizlə “dostluğu”ndan bəhs edir.
Bu nominasiyada həmçinin “Vaxt”, “Agent-köstəbək”, “Kollektiv” və “Xüsusi düşərgə: Əlilliyin inqilabı” filmləri də təqdim edilib.
“Report”