- Yumor

Məşhurlar haqqında lətifələr

Deyirlər birinci iqtisadçı Kolumb olub. O Amerikanı kəşf etməyə gedəndə hara getdiyini bilmirdi. Ora çatanda harda olduğunu bilmirdi. Bütün bunları isə dövlət vəsaiti hesabına edirdi.

***

– Hindistanda olmamısansa, bu ölkə barədə necə kitab yaza bilərsən?
– Dante «İlahi komediyanı» yazmamış cəhənnəmdə olmuşdu ki?

***

Brejnev Qararini çağırır yanına:
– Hazırlaş, Yura. Günə uçacaqsan.
Qaqarin:
– Leonid İliç, axı biz hamımız orda yanarıq?
Brejnev:
– Sən elə bilirsən mən axmağam? Gecə uçacaqsan.

***

Ana, sabah mənim yoxlama işim var!
– Narahat olma oğlum, indi təkrarlayarıq. Almaniyanı paytaxdı?
– Berlin.
– Fransanın paytaxtı?
– Berlin. Ana, bir qədər çətin suallar ver.
– Polşanın paytaxtı?
– Berlin.
– Adolf, sən necə də ağıllısan.

***

Teymurləng İldırım Bayazidin üstünə gedəndə Azərbaycanda düşərgə salmışdı. Səhər durub ətrafı seyr edirmiş. Qarşıdakı dağı göstərib bələdçidən soruşur: “O dağın adı nədir?” Bələdçi deyir: “Ağrı dağı”. “Bəs o çayın adı nədi?” “Əyriçay” “Bəs o kəndin adı nədi?” Bələdçi deyir: “Oğruca kəndi”. Teymur deyir: “Çadırları sökün, köçürük. Bunların ağrısı, əyrisi, oğrusu öz içindədi. Burda bizə ehtiyac yoxdu”.

***

Bu yaxınlarda Amerika kinematoqrafçıları biliblər ki, Bethoven musiqi yazırmış.
-Necə ağıllı itdir! – deyərək buna heyran olublar.

***

Konservatoriyada imtahan verərkən gürcü tələbədən soruşurlar:
-Bethoven neçə simfoniya yazıb?
-Qədərini bilmirəm, amma keyfiyyətinə zəmanət verərəm.

***

Doktor Freydin kabinetində:
– Doktor, mənim oğlum sadistdir: heyvanları təpikləyir, yaşlıları yıxırdır, kəpənəklərin qanadlarını qoparır və qaqqıldayıb gülür!
– Onun neçə yaşı var?
– 4 yaşı
Onda qorxusu yoxdur, tezliklə hər şey yoluna düşəcək. O, nəzakətli və xeyirxah insan olacaq.
– Doktor, siz məni sakitləşdirdiz, sağ olun!
– Dəyməz, frau Hitler…

***

Bəstəkarlar İttifaqının banketində içməyi sevən musiqiçi kolleqasını deyir:
– Qardaşım, sən niyə içmirsən?
– Bilirsən, sənin hüzurunda içmək Paqanini qarşısında skripka çalmaq kimi bir şeydir!

***

Milyonerlərdən biri Paqanininin skripkasına 1,1 milyon verərək skripkada çalmağı öyrənmək istəyir. Hamıya da elan edir ki, onun konsertində zal dolu olacaq.
– Doğrudanmı fikirləşirsən ki, səni dinləməyə kimsə gələcək?
– Yox, onlar Paqanininin skripkasına baxmağa gələcəklər.

***

Konsertə gecikən Paqanini kareta tutub sürətlə getməyi xahiş edir.
– Nə qədər verməli olacam?
– 10 frank
– Zarafat edirsiz?
– Siz bu gün konsertə gəlib sizin bir simdə çalğınızı dinləyənlərin hər birindən 10 frank almayacaqsız?
– Yaxşı, əgər siz məni teatra bir təkərdə çatdırsanız mən sizə 10 frank verərəm.

***

Bir dəfə Vaqner «Tanqeyzer» operasının premyerasına dostu, həm də rəqibi bəstəkar Meyerberi dəvət eləyir.
Pərdə axıra kimi enməmiş Vaqner soruşdu:
– Moesiro, mənim yeni əsərim necədi?
Cavab əvəzinə Meyerber zalda yuxulayan tamaşaçını göstərir. Cələn dəfə Meyerber öz operasının tamaşasına Vaqneri dəvət edəndə o da öz növbəsində onun firkriylə maraqlandı.
-Görürəm, sizin musiqi tamaşaçını yaxşı yatızdırır – deyən Vaqner zalda uşaq kimi yatan tamaşaçını göstərərək əvəz çıxmağa çalışdı.
– Hanı, yatanmı var? Siz göstərdiyiniz sizin dünənki tamaşanızdan sonra hələ də ayılmayıb, – deyərək Meyerber cavab verir.

***

Çexoslavakiyanın ilk prezidenti öz xatirələrində Yaznaya Polyanaya getməsini, Tolstoyu görməsini öz xatirələrində təsvir edib. İşıqlı və isti bir gündə stansiyaya at göndərilmədiyindən piyada getməli olan prezident kəndli komalarının birinə girib su içmək istəyir. Milçəklərlə dolu komada müxtəlif orqanları çürüyən kəndli ailəsindən iyrənəndən sonra mülkədar malikanəsinə yaxınlaşıb Tolstoyu pinəçilik eləyənkən iş başında görür: «Siz burda ayaqqabı tikirsiz, amma kəndlilər çürüyür, onları müalicə eləmək lazımdır», – deyir. «Əyyaşın nəyini müalicə ediək, onsuz da yenə əxlaqsızlıq eləyərək xəstələnəcək. Onu əxlaqsızlıqdan müalicə eləmək lazımdı» deyən Tolstoyu prezident sosial həyat problemlərini anlaya bilməyən insan kimi qiymətləndirmişdi.

***

Qorki Mopassanın əsərlərini oxuyur:
– Yaxşıdı, amma ədəbsizlikdir.
Ardını oxuyur.
– Yaxşıdı, amma həyasızlıqdı.
Yenə də oxuyur.
– Yaxşıdı, amma biabırçılıqdı.
Oxuyub qurtardı.
– Əxlaqsızlıqdı, (pauza) …, amma əladır!

***

Pikassonu qatarda gedərkən qarət eləyirlər. Bir rəssam kimi ondan oğrunun portretini çəkmək xahiş edilir. Onun eskizlərinə əsasən iki qoca, iki qarı, 3 tramvay və 4 yuyucu maşını həbs eləmək olardı.

***

Dahi Pikassodan xəbər alırlar:
– Sizin əsərlərinizin dahiliyi nədədir?
– Mən daltonikliyim, çəpgözlüyüm, Parkinson xəstəliyim, müqəddəs Vittanın rəqsi və keflilik sindromum ilə…

***

Pikassonun studiyasına milyoner xanım gəlir. Kubizm üslubunda çəkilmiş rəsmlə maraqlanıb soruşur:
– Burda nə təsvir edilib?
– 200 min dollar – deyə rəssam cavab verir.

***
Çaykovskinin «Yevgeni Oneqin» operası gedir. Oneginin Lenskini öldürməsi səhnəsində zalda oturmuş bir uşaq anasından soruşur:
– Ana, onu pis oxuduğu üçün öldürürlər?

***
-Nənə, Lenin yaxşı adam idi?
-Yaxşı idi.
-Stalin pis idi, nənə?
-Pis idi.
-Nənə, bəs Xruşşov?
-Ölsün, sonra bilərik!

***

Lenin ölkəni necə idarə etmək lazım olduğunu, Stalin necə idarə etmək lazım olmadığını göstərdi. Xruşşov sübut etdi ki, istənilən axmaq bu ölkəni idarə edə bilər, Brejnev göstərdi ki, hər axmaq bu ölkəni idarə edə bilməz.

***

Makedoniyalı İsgəndər, Sezar və Napoleon fəxri qonaq qismində Qızıl Meydanda hərbi paradı seyr edirlər. Makedoniyalı İsgəndər deyir:
-Sovet tankları məndə olsaydı, məğlubedilməz olardım.
Sezar deyir:
-Sovet təyyarələri məndə olsaydı, bütün dünyanı tutardım.
Napoleon deyir:
-Əgər “Pravda” qəzeti mənim olsaydı, dünya bu günə kimi Vaterloo barədə xəbərsiz olardı.

***

Məruzədən sonra Brejnev referentə irad tutur:
– Mən 15 dəqiqəlik nitq demişdim, bir saat çəkdi!
– Leonid İliç, axı dörd nüsxə idi…

***

Brejnev 1980-ci ildə Moskva Olimpiadasının iştirakçılarını salamlayır:
-O! O! O! O! O!
Referent ona pıçıldayır:
– Onlar “o” deyil, olimpiya dairələridir! Mətn aşağıdadır!

***

Brejnev Orta Asiyada:
– Salam əleyküm! – zəhmətkeşlər deyir.
– Əleyküm salam – deyə cavab verir rəhbər.
Zəhmətkeşlər yenə:
– Salam əleyküm!
– Əleyküm salam!
Bu vaxt bir dissident qışqırır:
– Arxipelaq Qulaq!
Leonid İliç:
– Qulaq arxipelaq!

***

-Stalin dirilsə, nə olardı?
-Xruşşov Amerikanı ötərdi.