1.Rəfrəf – Peyğəmbərin meraca getdiyi vaxt mindiyi at
2. Düldül- Məhəmməd peyğəmbər tərəfindən Həzrət Əliyə bağışlanılmış at
3. Buraq – Məhəmməd peyğəmbərin atı
4. Zülcənah – İmam Hüseynin atı
5.Kentavr – Qədim yunan əsatirində insanbaşlı at
6. Butsefal – Makedoniyalı İsgəndərin atı. Hindistandakı müharibə zamanı İsgəndərin üzərindən heç enmədiyi sevimli ati yaralanır və ölür. İsgəndər atın öldüyü yerdə məzar, onun ətrafında isə şəhər saldırır və bu şəhərə də atının adını verir: Butsefal (indi Pakistandadır və Cəlalpur adlanır)
7. Troya atı – Odisseyin təklifi ilə Yunan-Troya müharibəsi zamanı taxtadan nəhəng at hazırlanıb. Yunanlar bu atın içərisinə girərək Troya şəhərinə daxil olub şəhəri ələ keçiriblər. “Troya atı” adama bədbəxtlik gətirən hədiyyə mənasındadır.
9. İnsitat – Roma imperatoru Kaliqula bu atı senator elan edib. Saxlandiği tövlə mərmərdən bəzədilmişdi. İmperator İnsitatı Penelopa adlı atla evləndirmişdi.
10. Boz ayğır – “Kitabi- Dədə Qorqud” dastanında Beyrəyin atı
12. Şəbdiz – Xosrov Pərvizin atı
13. Gülgün- Şirinin atı
14. Qızılqanad- Xətainin atı
15. Şubar – Alpamış xanın atı (Manas” dastanında 200 qədər at adı çəkilir. Türk dastanlarında ən çox yayılmış at adlarından biri)
16. Ağqula – Manas xanın atı
17. Burul – Koblandı xanın atı
18. Çalquyruq – Töştük xanın atı
19. Ağbut – Ural xanın atının adı
20. Qırat- Koroğlunun atı
18. Dürat – Koroğlunun atı
21. Ərəb at – Dəmirçioğlunun atı
22. Ağcaquzu – Bəlli Əhmədin atı
23. Alapaça – Giziroğlu Mustafa bəyin atı
24. Bozat – Qaçaq Nəbinin atı
26. Qəmər – “Dəli Kür” filmində Cahandar ağanın atı
27. Rosinant – Servantesin atı (“Don Kixot”)
28. Lizetta – I Pyotrun atı (Pyotr köhnə Moskva yolu, hazırda Riqada yerləşən indiki Bribivas küçəsi ilə geri qayıdırmış. Müasir Riqa mikrorayonu olan Teykada Pyotr tacirlərlə — at dəllalları ilə rastlaşır. Onlar qonur rəngli Qarabağ cinsindən olan cavan bir atı satışa çıxarmışdılar. Pyotr ilk baxışdan bu ata vurulur, çünki at öz qeyri-adi gözəlliyi ilə seçilirdi. O, dərhal at dəllallarına atın satışını dayandırmasını bildirərək, öz atı ilə bu cavan atı dəyişərək üstündə də 100 holland çervonu verir. Pyotr bu ata “Lizetta” adını verir. Bu ad haqqında bir neçə versiya var: bunlardan birincisi gələcəkdə II Şimal müharibəsi zamanı Rusiyanın gələcək müttəfiqi Polşa kralı II Güclü Avqustun Saksoniyadakı sarayında olduğu vaxt Pyotrun məşuqələrindən birinin adının olmasıdır. Poltava döyüşündə Lizetta I Pyotru ölümdən xilas edib. Döyüş zamanı Pyotr İsveç ordusunun mühasirəsinə düşür. Lakin Lizetta bu dairəni yararaq imperatorun həyatını xilas eləyir)
29. Marenqo – Napaleonun atı. Ərəb cins atı Marenqo cəbhədə 8 dəfə yaralanıb, fransızların Moskvadakı məğlubiyyətini yaşayıb. Tarixi atın skeleti Londonun Ordu Milli Muzeyində saxlanılır. “Müqəddəs Yelena” adasında sürgündə olarkən Napoleon kökəlib və xəstələnib, o, Kinq Corc adlı ata başqalarının köməkliyi ilə, çox çətinliklə minirmiş.
30. Kopengahen – Vaterloo döyüşündə Napaleonu məğlub edən hersoq Vellinqtonun atı
31. La Pi – Fransız marşalının məşhur atı. De Türen döyüşdə öləndən sonra bu at da tarana gedib, özünü düşmən mərmisi üzərinə atıb.
32. Kumir – Jukovun atı
33. Polyus – Rokosovskinin atı
34. Triumf – 1945-ci ilin Qələbə paradında Moskvada Qırmızı Meydana çıxan at
35. Yanardağ – Safarmurat Niyazovun atı, qonaqlara bahalı at bağışlamaqdan zövq alırmış. Ölkədə hər il böyük təntənə ilə “Axaltəkə atı” günü qeyd edilir.
36.Fallabella – Arqentinada at növü. Dünyada ən miniature at növü hesab edilir.
Qeyd: Məlumatlar müxtəlif mənbələrdən toplanıb.