Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun “Sadəcə Niyazi” adlı yeni kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovə həsr olunub.
Kitabda müəllifin görkəmli sənətkarı necə var elə – milli ruha bağlı azərbaycanlı, fitri istedada malik güzəştsiz, prinsipial musiqiçi, vəfalı sevgili, etibarlı dost kimi tanıdan oçerk, esse və sənədli hekayələri toplanıb.