Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ölənlərdən ikisinin azyaşlı olduğu deyilir. Yaralı sayı 50-yə yaxındır.