İtaliyada keçirilən 72-ci Sanremo musiqi festivalının qalibi “Mahmud&Blanco” qrupu olub.
AZƏRTAC xəbər verir ki, mahnı müsabiqəsinin finalında 25 müğənni yarışıb, ilk üçlükdə isə Elisa və Morandi kimi gənc musiqiçilər qərarlaşıb.
Fevralın 1-5-i tarixlərində “Ariston” tarixi teatrının səhnəsində keçirilən festival İtaliyanın “RAI” telekanalı vasitəsilə canlı yayımlanıb. Festivalın açılış mərasiminin aparıcısı italiyalı məşhur aktrisa Ornella Muti olub.
Musiqi festivalının dördüncü günü ümumilikdə 11 milyon 378 min tamaşaçı auditoriyası tərəfindən izlənilib. Bu, 1995-ci ildən bəri rekord göstəricidir. Həmçinin sosial mediada rekord – 24 saat ərzində 7,4 milyon paylaşım edilib.
Qeyd edək ki, “Sanremo” İtaliyanın məşhur mahnı müsabiqəsi və mükafatlandırma mərasimidir. “Sanremo” milli səviyyədə dünyanın ən uzunmüddətli illik televiziya musiqi yarışmasıdır.