Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Yelisey sarayına istinadən məlumat yayıb.
“(Rusiya Prezidenti-red) Vladimir Putinlə telefon danışıqları 1 saat 45 dəqiqə davam edib. İndi respublika Prezidenti Volodimir Zelenski ilə telefonda danışır”, – agentlik Fransa liderinin administrasiyasındakı mənbəyə istinadən yazıb.
Qeyd edək ki, daha əvvəl Paris vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) Rusiya Prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı başlayıb.