İngiltərənin “Mançester Siti” və İspaniyanın “Sevilya” klubları arasında UEFA Superkuboku uğrunda görüş başa çatıb.
“Report” xəbər verir ki, komandalar Yunanıstanın Pirey şəhərindəki Georgios Karaiçkakis stadionunda çıxış ediblər.
Görüşü baş hakim Fransua Leteksye (Fransa) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Matçın 25-ci dəqiqəsində “Sevilya”nın hücumçusu Yussef En-Nesiri Markos Akunyanın ötürməsi ilə hesabı açıb. 63-cü dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmer Rodrinin dəqiq ötürməsi ilə hesabı bərabərləşdirib. Matçın qalan vaxtında komandaların hər birinin qol vurub önə keçmək şansları olsa da, buna nail ola bilməyiblər. Görüş penaltilər seriyasına keçib.
Penaltilər seriyasında isə “şəhərlilər” daha dəqiq olublar. Belə ki, həlledici penaltini Qudel reallaşdıra bilməyib.