İngiltərənin “Mançester Siti” klubu aparıcı futbolçularından hesab olunan Kevin De Bröyne ilə müqavilənin müddətini uzadıb.
“Report” “şəhərlilər”in rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulur.
Qeyd edək ki, Kevin De Bröyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir.