- Cəmiyyət

“Mançester Siti”dən darmadağın, PSJ “Yuventus”a qalib gəlib

UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun daha 6 oyunu keçirilib.

“Report”un məlumatına görə, bütün qarşılaşmalarda qapılara 2 və daha artıq qol vurulub.

Gecənin maraqla gözlənilən matçı Fransada PSJ və İtaliya “Yuventus”u arasında baş tutub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun növbəti sensasiyası F qrupunda qeydə alınıb. “Leyptsiq” Almaniyada Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına 1:4 hesabı ilə uduzub.

F qrupunda mübarizə aparan turnirin son qalibi İspaniya “Real Madrid”i Şotlandiyada “Seltik”ə böyük hesabla qalib gəlib. G qrupunda isə İngiltərənin “Mançester Siti” klubu İspaniyada “Sevilya”nı darmadağın edib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu
20:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Çelsi” (İngiltərə) – 1:0

Qol: Mislav Orşiç, 13

23:00. “Zaltsburq” (Avstriya) – “Milan” (İtaliya) – 1:1

Qollar: Noa Okafor, 28 – Aleksis Salemakers, 40

Xal durumu: “Dinamo” (Zaqreb) – 3. “Milan” – 1. “Zaltsburq” – 1. “Çelsi” – 0

F qrupu

23:00. “Leyptsiq” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:4

Qollar: Məhəmməd Simakan, 57 – Maryan Şved, 16; 58. Mixail Mudrik, 76. Lassina Traore, 85

23:00. “Seltik” (Şotlandiya) – “Real Madrid” (İspaniya) – 0:3

Qollar: Vinisius Junior, 56. Luka Modriç, 60. Eden Azar, 77

Xal durumu: “Şaxtyor” (Donetsk) – 3. “Real Madrid” – 3. “Leyptsiq” – 0. “Seltik” – 0

G qrupu
20:45. “Borussiya” (Dortmund, Almaniya) – “Kopenhagen” (Danimarka) – 3:0

Qollar: Marko Roys, 35. Rafael Gerreyro, 42. Cud Bellingem, 83

23:00. “Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:4

Qollar: Erlinq Holann, 20; 67. Fil Foden, 58. Ruben Diaş, 90+2

Xal durumu: “Mançester Siti” – 3. “Borussiya” (Dortmund) – 3. “Kopenhagen” – 0. “Sevilya” – 0

H qrupu

23:00. PSJ (Fransa) – “Yuventus” (İtaliya) – 2:1

Qollar: Kilian Mbappe, 6; 22 – Ueston Makkenni, 53

23:00. “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) – 2:0

Qollar: Rafa Silva, 50. Alexandro Qrimaldo, 54

Xal durumu:  “Benfika” – 3. PSJ – 3. “Yuventus” – 0. “Makkabi” (Hayfa) – 0

22:42

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

“Report”un məlumatına görə, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq başa çatıb.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İngiltərə nəhəngi “Çelsi”ni sınağa çəkib. Meydan sahibləri rəqibini minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb. Yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. Emreli bu matçda ehtiyatda qalıb.

Digər oyun isə G qrupunda baş tutub. Dortmund “Borussiya”sı Almaniyada Danimarka “Kopenhagen”inə 3 cavabsız qolla qalib gəlib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu

20:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Çelsi” (İngiltərə) – 1:0

Qol: Mislav Orşiç, 13
23:00. “Zaltsburq” (Avstriya) – “Milan” (İtaliya)

G qrupu

20:45. “Borussiya” (Dortmund, Almaniya) – “Kopenhagen” (Danimarka) – 3:0

Qollar: Marko Roys, 35. Rafael Gerreyro, 42. Cud Bellingem, 83
23:00. “Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə)