İngiltərə Premyer Liqasında cari mövsümün rəmzi komandası açıqlanıb.
“Report” xəbər verir ki, BBC-nin azarkeşlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ən yaxşı 11-likdə çempionatın lideri “Mançester Siti”dən heç bir oyunçu yer almayıb.
Həmçinin fanatlar “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldunu simvolik komandaya layiq görməyiblər.
Qapıçı: Aaron Ramsdeyl (“Arsenal”)
Müdafiəçilər: Tarik Lampti, Şeyn Daffi (hər ikisi “Brayton”), Vircil van Deyk, Endryu Robertson (hər ikisi “Liverpul”)
Yarımmüdafiəçilər: Konor Qallaher (“Kristal Pelas”), Deklan Rays (“Vest Hem”), N Qolo Kante (“Çelsi”)
Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Maykl Antonio (“Vest Hem”), Kay Haverts (“Çelsi”)