İngiltərənin “Mançester Yunayted” klubu İspaniyada “Atletiko”ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa Rusiyanın “Aeroflot” aviaşirkəti ilə səyahət etməyib.
“Report” “The Athletic”ə istinadən xəbər verir k, buna Ukraynada gərginliyin artması fonunda yaranan qorxu səbəb olub.
Qərar “Aeroflot”la qarşılıqlı şəkildə qəbul edilib. Lakin onların kommersiya tərəfdaşlığı dəyişməz qalır. İspaniyaya çarter reysi ləğv edilib və “qırmızı-şeytanlar” Madridə Britaniyanın “Titan Airways” aviaşirkəti ilə gedib.