İyunun 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur. Birhissəli epik rəvayət olan tamaşa türk, altay və qırğız əfsanələrində haqqında bəhs edilən, şüursuz hala gətirilən kölə-manqurtlardan bəhs edir.
Səhnə əsərində rolları Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev canlandırır.