- Cəmiyyət

Mariupolda küçələrdən 1 207 meyit yığılıb

Ukraynanın mühasirədə qalan liman şəhəri Mariupolun küçələrindən 1 207 meyit toplanıb.

APA-nın xəbərinə görə bu barədə şəhər merinin müavini Serqiy Orlov BBC-yə açıqlamasında bildirib.

O, qeyd edib ki, şəhərdə ümumilikdə nə qədər adamın həlak olduğu bilinmir.

Mer müavini vurğulayıb ki, şəhərkənarı məzarlıqlara gediş-gəliş mümkün olmadığından 47 nəfər kütləvi məzarda dəfn edilib və onlardan bəzilərinin kimliyini müəyyən etmək mümkün olmayıb.

O əlavə edib ki, şəhərə yardım gətirilməsi və ya qalan əhalinin təxliyəsi mümkün olmayıb. Belə ki, ötən gün şəxsi maşınları ilə Mariupolu tərk etməyə çalışan təxminən 100 nəfər buraxılış məntəqələrində rusiyalı hərbçilərin atəş açması səbəbi ilə geri qayıtmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, ötən gün şəhər meriyası Mariupolun aclıq təhlükəsi ilə üzləşməsi və şəhərdə cəmi üç günlük ərzağın qalması barəsində məlumat yayıb.