Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneulidə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir “Greenwic” Təhsil Mərkəzində fəaliyyət göstərən “Aktiv Gənclər Birliyi”nin təşəbbüsü ilə Marneuli Mədəniyyət Mərkəzində təşkil olunub.
Mərkəzə gələnlər əvvəlcə “Greenwic” Təhsil Mərkəzinin rəsm müəlliməsi Günel Zeynalova və onun şagirdlərinin Nizami Gəncəviyə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə dahi şairin həyat və yaradıcılığından söz açılıb. Nizami Gəncəvinin əsərlərinin, fəlsəfi fikrilərinin bugünkü, eləcə də gələcək nəsillər üçün də mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi Gürcüstanda da böyük razılıq və hörmətlə qarşılanıb. Nizami Gəncəvi yaradıcılığına verilən bu yüksək qiymət Mrneulidə yaşayan soydaşlarımızın ürəyincə olub.
Sonra “Aktiv Gənclər Birliyi”nin üzvləri Nizami Gəncəvi yaradıcılığına nəzər salıb, dahi şairin şeirlərindən parçalar söyləyib, teatr tamaşaları göstərib, mahnı və rəqsləri ifa ediblər. (azertag)